İdman

gimnastikadan

başlayır

Aerobika gimnastımızdan daha bir medal

29 avqust 2021

Aerobika gimnastımızdan daha bir medal

Ötən həftə Slovakiyada keçirilmiş yarışın ardınca aerobika gimnastlarımız daha bir beynəlxalq turnirdə iştirak etmək üçün Bolqarıstana yollanıblar.

28 və 29 avqust tarixlərində baş tutmuş 12-ci “Plovdiv Cup” adlı açıq turnirdə Vladimir Dolmatov, Nurcan Cabbarlı, Dilarə Qurbanova və Məryəm Topçubaşova iştirak edib.

Son dünya çempionatının finalçısı olan Vladimir bu yarışda da fərqlənməyi bacarıb. Bu dəfə o, fəxri kürsünün 3-cü pilləsində yer alıb. 1-ci və 2-ci yerlərdə isə müvafiq olaraq Meksika və İtaliyanın təmsilçiləri qərarlaşıb.