İdman
gimnastikadan
başlayır
22 sentyabr 2025
22 sentyabr 2025-ci il tarixində Azərbaycan Gimnastika Federasiyasının (AGF) İcra Komitəsinin 49-cu iclası baş tutub.
İclas çərçivəsində bir sıra mühüm qərarlar qəbul edilib. Belə ki, AGF-nin “Etika Qaydaları”na dəyişikliklər təsdiqlənib. Bu dəyişikliklərə əsasən, “Davranış Qaydaları” “Etika Qaydaları”nın tərkibindən çıxarılaraq ayrıca qayda kimi qəbul olunub. Bundan əlavə, ölkə ərazisində fəaliyyət göstərən idman klublarında “Gimnastika Növlərinin Qiymətləndirilməsi Qaydaları” da təsdiq edilən sənədlər sırasına daxil edilib.
Gündəlikdə, həmçinin gimnastikada təhlükəsiz mühitin təminatı və iştirakçıların şəxsiyyətinin qorunması (Safeguarding) istiqamətində görülən işlər, “İdarəetmənin təkmilləşdirilməsi”, 7–17 avqust 2025-ci il tarixlərində Çinin Çendu şəhərində təşkil olunmuş 12-ci Dünya Oyunlarında nəticə göstərmiş idmançılar və nümayəndə heyətinin digər üzvlərinin mükafatlandırılması, eləcə də digər məsələlər müzakirə olunub.
Qəbul edilən və yenilənmiş “Qaydalar” yaxın günlərdə AGF-nin rəsmi saytının “Qaydalar” bölməsində (https://agf.az/az/rules/) dərc olunacaq.