İdman

gimnastikadan

başlayır

AGF İntizam Komissiyasının iclası keçirilib

16 mart 2026

AGF İntizam Komissiyasının iclası keçirilib

16 mart 2026-cı il tarixində “Azərbaycan Gimnastika Federasiyası” İctimai Birliyinin İntizam Komissiyasının iclası keçirilib.

İclasın əsas məqsədi Komissiyanın yeni təyin olunmuş üzvləri ilə tanışlıq və İntizam Komissiyasının sədrinin seçilməsi olub. Görüşdə Komissiyanın üzvləri - Nazim Rəcəbov, Jalə Əhmədova, Elmar Cəlilov, Aytac Qasımova və Namiq Əliyev iştirak ediblər.

İclasın yekununda yekdilliklə Nazim Rəcəbov İntizam Komissiyasının sədri seçilib.

Qeyd edək ki, İntizam Komissiyası AGF-nin intizam siyasətinin həyata keçirilməsini təmin edən müstəqil qurumdur. Komissiya 5 üzvdən ibarətdir. Üzvlərdən 3-ü ictimai elan vasitəsilə seçilmiş müstəqil üzvlərdən, digər 2-si isə Federasiyanın üzvləri tərəfindən irəli sürülərək seçilmiş nümayəndələrdən ibarətdir.