İdman

gimnastikadan

başlayır

AGF ilk dəfə "Gimnastika hamı üçün" növü üzrə onlayn məşqlər keçirəcək

29 yanvar 2021

AGF ilk dəfə

Azərbaycanda fəaliyyət göstərən bütün gimnastika klubları və bölmələrinin diqqətinə!

Azərbaycan Gimnastika Federasiyası (AGF) 2021-ci ilin 4 fevral tarixindən etibarən ödənişsiz əsaslarla “Gimnastika hamı üçün” növünə aid onlayn məşqlər keçirəcək.  Bu məşqlərin proqramı “Gimnastika hamı üçün” üzrə yığma komandanın Baş məşqçisi Mariana Vasileva və məşqçi Ruslan Eyvazov tərəfindən tərtib olunub. Onlayn məşqlər həftədə 2 dəfə (cümə axşamı və şənbə) 19:00-dan 20:00-dək keçiriləcək.

Xatırladaq ki, 2020-ci ilin 9-11 dekabr tarixlərində “Gimnastika hamı üçün” növünə aid məlumat xarakterli vebinar təşkil olunmuşdu. İştirakçılar arasında ölkənin demək olar ki, bütün şəhər və rayonları -  Qax, Zaqatala, Balakən, Qusar, Şirvan, Gəncə, Lənkəran, Mingəçevir, Naxçıvandan olan təmsilçilər yer almışdı. Gimnastika mütəxəssislərinin və bu gimnastika növü ilə tanış olmaq istəyənlərin böyük marağına səbəb olmuş vebinarda iştirak üçün ümumilikdə 84 nəfər qeydiyyatdan keçib.