İdman

gimnastikadan

başlayır

AGF-nin baş katibi “Tərəqqi” medalı ilə təltif edilib

30 dekabr 2022

AGF-nin baş katibi “Tərəqqi” medalı ilə təltif edilib

Dekabrın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycanda idmanın inkişafında xidmətləri olan şəxslərin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında” Sərəncam imzalayıb. 
Sevindirici haldır ki, Azərbaycan Gimnastika Federasiyasının baş katibi Nurlana Məmmədzadə Azərbaycanda idmanın inkişafında xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib. 
Qeyd edək ki, N. Məmmədzadə 2007-2009-cu illərdə AGF-nin baş katibinin köməkçisi, 2009-2017-ci illərdə isə müavini vəzifəsində çalışıb. O, 2017-ci ildən etibarən AGF-nin baş katibi vəzifəsini yerinə yetirir. 
N. Məmmədzadə 2014-2015-ci illərdə Bakı Avropa Oyunları Əməliyyat Komitəsində (BEGOC) gimnastika mütəxəssisi kimi çalışıb, müxtəlif illərdə Bakıda təşkil olunan beynəlxalq gimnastika tədbirlərinin Yerli Təşkilat Komitəsinin koordinatoru və icraçı direktoru funksiyasını yerinə yetirib.