İdman

gimnastikadan

başlayır

AGF-nin nümayəndəsi hakim oldu

21 aprel 2017

AGF-nin nümayəndəsi hakim oldu

Aprel ayının ilk həftəsi Misirin Şarm Əl Şeyx şəhərində keçirilmiş aerobika gimnastikası üzrə beynəlxalq hakimlik kurslarının nəticələri açıqlandı.

Yeni hakimlər sırasında federasiyanın beynəlxalq əlaqələr üzrə meneceri Mehman Əliyevin adı da yer alır.  O, imtahanlardan müvəffəqiyyətlə keçərək, ilk dəfə beynəlxalq hakimlik kateqoriyası (4-cü dərəcə) əldə edib.

Bununla da, M.Əliyev hazırki Olimpiya dövrü ərzində (2017-2020) hakimlik edə biləcəkdir.

Xatırladaq ki, bundan öncəki kurslarda Azərbaycan təmsilçiləri Nigar Abdusəlimova və Aleksandra Qorobçuk da beynəlxalq hakimlik statusu əldə etmişdilər.