İdman

gimnastikadan

başlayır

AGF Novruz adətlərini davam etdirir

16 mart 2021

AGF Novruz adətlərini davam etdirir

Bu gün Azərbaycan Gimnastika Federasiyası Novruz Bayramı münasibətilə bir sıra tədbirlər həyata keçirib. 
Milli Gimnastika Arenasının ərazisində yerləşən parkda ağacəkmə aksiyası baş tutub. Tədbirdə gimnastika növləri üzrə yığma komandaların üzvləri iştirak ediblər. Həm gimnastlar, həm də məşqçilər “İlaxır çərşənbə”də keçirilmiş ağacəkmə aksiyasında fəal iştirak edərək, Arena ərazisində yaşıllıqların artırılmasına yardımçı olmuşlar.

Bundan başqa, bu gün federasiya nümayəndələri uşaq sığınacaqlarından birinə baş çəkiblər. Həmin sığınacağa batut, uşaqlara isə bayram münasibətilə hədiyyələr verilib.

Tədbirlər Covid-19 pandemiyası ilə bağlı qaydalar nəzərə alınaraq həyata keçirilib.

“İlaxır çərşənbə”niz və qarşıdan gələn Novruz Bayramınız mübarək!