İdman

gimnastikadan

başlayır

Akrobatika gimnastikası üzrə 30-cu ölkə çempionatı və Bakı birinciliyi uğurla yekunlaşdı

14 dekabr 2025

Akrobatika gimnastikası üzrə 30-cu ölkə çempionatı və Bakı birinciliyi uğurla yekunlaşdı

13 və 14 dekabr tarixlərində Heydər Əliyev adına İdman Konsert Kompleksində keçirilən akrobatika gimnastikası üzrə 30-cu ölkə çempionatı və Bakı birinciliyi uğurla başa çatıb.
Yarışda Bakı Gimnastika Məktəbi, “Neftçi” İdman Klubu, 13 nömrəli İOEUGİM PHŞ, “Qarabağ Sport” Klubu və “Ocaq” Sport” Klubunun idmançıları öz performanslarını təqdim ediblər.
Yarışın birinci günündə gimnastlar balacalar (2010-2019), uşaqlar (2009-2014), yeniyetmələr (2009-2013), gənclər (2006-2011) və böyüklər (2010-cu il və daha böyük) yaş kateqoriyalarında balans və temp hərəkətləri üzrə, ikinci gün isə qarışıq hərəkətlərdən ibarət kompozisiyalarla çıxış ediblər.

İdmançılar texniki icra, sinxronluq, mürəkkəblik və artistiklik baxımından yüksək səviyyəli çıxışlarla yadda qalıblar.

Yarışın yekununda qaliblər diplom və medalla təltif olunub. Keçirilən çempionat ölkədə akrobatika gimnastikasının inkişafına, gənc istedadların üzə çıxarılmasına və bu idman növünə marağın artırılmasına mühüm töhfə verib.

Bütün iştirakçıları yarışda göstǝrdiklǝri ǝzmkarlığa görǝ tǝbrik edir, gǝlǝcǝk yarışlarda uğurlar arzulayırıq!