İdman

gimnastikadan

başlayır

Akrobatika gimnastikası üzrə Dünya Kubokunun finalları start götürüb

17 noyabr 2018

Akrobatika gimnastikası üzrə Dünya Kubokunun finalları start götürüb

Bu gün Bakıda Milli Gimnastiak Arenasında Akrobatika gimnastikası üzrə Dünya Kubokunun finallarına start verilib.

Trend-in məlumatına görə, 17-18 noyabr Bakıda ilk dəfə olaraq akrobatika gimnastikası üzrə Dünya Kuboku keçirilir. Beynəlxalq turnirdə Belarus, İsrail, Qazaxıstan, Hindistan, Rusiya və Ukrayna komandaları təmsil olunur.

Ötən gündən Milli Gimnastika Arenasında başlayan yarışlarda 2003-cü il təvəllüdlü və daha böyük gimnastlar kişi cütlüyü, qadın cütlüyü, qarışıq cütlük, qadın qrupu və kişi qrupu tərkibində mübarizə aparırlar.

Gimnastikanın ən maraqlı və həyəcanlı növlərindən biri olan akrobatika gimnastikası üzrə Dünya Kubokunda Azərbaycan komandasının heyətində son Avropa çempionatının bürünc medalçıları, qarışıq cütlüklərimiz Abdulla Əl-Məşayxi – Ruhidil Qurbanlı və Ağasif Rəhimov – Nurcan Cabbarlı çıxış edirlər. Kişi cütlükləri proqramında isə Dünya Yaş Qrupu Yarışlarının (2016-cı il) gümüş medalçıları Seymur Cəfərov – Murad Əkpərov ən yaxşı yer uğrunda mübarizə aparırlar.