08 mart 2025
6-8 mart tarixlərində Belçikanın Antverpen şəhərində keçirilən “Flanders Acro Cup” adlı beynəlxalq yarışda Azərbaycan gimnastları uğurla çıxış ediblər. Yarışda ölkəmizi təmsil edən üçlük qrup - Ceyla Əlizadə, Qəşəng Ağamoğlanlı və Dinara İbadova möhtəşəm çıxış edərək bürünc medal qazanıb. Gimnastlarımızın yüksək ustalığı və düzgün sinxronizasiyası onlara yarışda fərqlənməyə imkan verib.
Gimnastlarımızı bu nailiyyət münasibətilə təbrik edir, növbəti yarışlarda uğurlar arzulayırıq.