İdman
gimnastikadan
başlayır
29 noyabr 2025
24-29 noyabr tarixlərində Özbəkistanın Daşkənd şəhərində akrobatika gimnastikası üzrə beynəlxalq yarış keçirilib. Yarışda iştirak edən gimnastlarımız uğurlu nəticələr göstəriblər. Qarışıq hərəkətlər proqramında, böyüklər yaş kateqoriyasında qadın qrupu - Bashiri Anahita, Rəşidova Zəhra, Zeyniyeva Nəzrin 89.790 xalla 1-ci yer, gənclər yaş kateqoriyasında Əlizadə Ceyla, İbadova Dinara və Ağamoğlanlı Qəşəng 82.420 xalla 2-ci yer, kişi qrupu - Xamidulin Timur, Hüseynzadə Yusif, Ağayev Sərxan, Əmiraslanov Rəsul 3-cü yerin sahibi olublar.
Gimnastlarımızı təbrik edirik!