İdman

gimnastikadan

başlayır

Akrobatlarımızdan daha bir tarixi medal

12 mart 2022

Akrobatlarımızdan daha bir tarixi medal

Bakıda keçirilən Akrobatika gimnastikası üzrə Dünya çempionatında ölkəmizi təmsil edən qarışıq cütlüyümüz, Avropa çempionatının gümüş və bürünc mükafatçıları Ağasif Rəhimov və Raziyə Seyidli temp hərəkətləri proqramında hakimlərdən 28.640 xal alaraq gümüş medala sahib çıxıblar.
Belçika komandası 29.280 xalla birinci, Böyük Britaniya təmsilçiləri isə 28.440 xalla üçüncü pillədə qərarlaşıblar.
Qeyd edək ki, bu medal Azərbaycanın akrobatika gimnastikası tarixində dünya çempionatında qazanılan ilk gümüş medaldır.
Bununla da dünya çempionatında təmsilçilərimizin qazandıqları medalların sayı 3-ə çatıb.