08 avqust 2011
Azərbaycan gimnastı Aliyə Qarayeva Budapeştdə keçirilən "Gracia Cup" beynəlxalq turnirinin mütləq qalibi olub! Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti məlumat verir ki, milli komandanın lideri çoxnövçülükdə hər dörd hərəkəti asanlıqla yerinə yetirib. Nəticədə bu, onu turnir cədvəlində birinci yerə yüksəldib. Qarayevanın bütün hərəkətləri həm yeniliyi, həm də yerinə yetirilməsində dəqiqliyi ilə seçilib və hakimlər tərəfindən yüksək qiymətləndirilib. Bu, sentyabrda Monpelyedə keçiriləcək dünya çempionatı ərəfəsində çox vacibdir. Dünya çempionatı London-2012 Olimpiya oyunlarına lisenziya verir. Fransada keçiriləcək dünya çempionatına kimi növbəti start Çində keçiriləcək Ümumdünya universiadasıdır. Universiada avqustun 15-dən 23-dək keçiriləcək. Orada Qarayeva yüksək mükafatlar uğrunda mübarizə aparacaq. Macarıstan yarışlarının mükafatçılarına gəlincə, onlar İsrail və Koreya nümayəndələri olub. Azərbaycanın digər gimnastları Anna Qurbanova və Samirə Mustafayeva müvafiq olaraq 5-ci və 6-cı yerləri
tu
tublar. Qarşıdakı dünya çempionatı təkcə fərdi şəkildə çıxış edən gimnastların diqqətini cəlb etmir, milli qrup komandası da yarışa güclü hazırlaşır. Ölkə yığmasının baş məşqçisi Mariana Vasilevanın rəhbərliyi altında Səbinə Abbasova, Anastasiya Prasolova, Ayelita Xələfova, Yevgeniya Jidkova, Stefani Trayanova və Ceyla Quliyevadan ibarət kollektiv, eləcə də fərdi proqram üzrə məşq edən Zeynəb Cavadlı Qusar Olimpiya İdman Kompleksində təlim-məşq toplanışlarındadırlar. Baş məşqçinin sözlərinə görə, Zeynəb və qrup komandası Bolqarıstan (18-22 avqust) və İsraildə (24-28 avqust) keçiriləcək Dünya kuboku mərhələlərinə hazırlıqlarını yoxlayacaqlar.