İdman

gimnastikadan

başlayır

Aliyə Qarayeva dünya çempionatında 3-cü bürünc medalını qazandı

23 sentyabr 2010

Aliyə Qarayeva dünya çempionatında 3-cü bürünc medalını qazandı

Aliyə Qarayeva Moskvada keçirilən bədii gimnastika üzrə 30-cu yubiley dünya çempionatında bu gün ərzində 2-ci, ümumilikdə isə 3-cü bürünc medalını qazanıb. Lentlə final mərhələsindəki çıxışından sonra o hakimlərdən 28.050 xal alaraq, 3-cü yerdə qərarlaşıb.

O yalnız 2 rusiyalı gimnastdan geri qalıb. 1-ci yeri Darya Dmirtiyeva, 2-ci yeri isə Darya Kondakova tutub.

4 gündən sonra dünya çempionatında azərbaycan yığmasının hesabında 4 medal var: 3-cü Aliyə Qarayevanın, 1-i isə birgə səylərlə qazanılmış medal.