İdman

gimnastikadan

başlayır

QARAYEVA İKİ HƏRƏKƏTİN CƏMİNƏ GÖRƏ 5-Cİ YERDƏDİR

09 avqust 2012

QARAYEVA İKİ HƏRƏKƏTİN CƏMİNƏ GÖRƏ 5-Cİ YERDƏDİR

Bu gün Azərbaycan gimnastı Aliyə Qarayeva London Olimpiadasındakı çıxışına start verib.

Fərdi çoxnövçülük yarışlarında qüvvəsini sınayan təmsilçimiz təsnifat mərhələsində 23 idmançı ilə mübarizə aparır.

İlk gündə bu qrupda yer alan idmançılar öncə halqa ilə hərəkətlərdə öz çıxışlarını ediblər. Təmsilçimiz halqa ilə hərəkətlərdə 27.45 bal toplayıb.

24 yaşlı Avropa çempionumuz daha sonra topla kompozisiyasını təqdim edib. Təmsilçimiz bu dəfə daha yüksək 28.35 bal toplayıb.

Beləliklə, iki hərəkətin cəminə görə gimnastımız Aliyə Qarayeva hazırda 55.8 bal ilə 5-ci yerdə qərarlaşıb.

Avqustun 10-da gimnastlar gürzlər və lentlə hərəkətləri yerinə yetirəcəklər. Finala vəsiqə qazanmaq üçün ilk onluğa daxil olmaq lazımdı.