11 avqust 2012
Bu gün Azərbaycan gimnastı Aliyə Qarayeva London Olimpiadasında növbəti sınağına çıxıb. Fərdi çoxnövçülük yarışlarında qüvvəsini sınayan təmsilçimiz final mərhələsində ən güclü olmağa çalışıb.
Dörd hərəkətin cəmində 111.575 bal toplayan Qarayeva yekunda yüksək dördüncü yeri tutub.
Birinci yeri Yevgeniya Kanayeva (Rusiya) tutub. İkinci yeri də onun həmyerlisi Darya Dmitriyeva tutub. Bürünc medala sahib çıxan isə Lyubov Çarkaşina (Belarus) olub.