İdman

gimnastikadan

başlayır

AZƏRBAYCAN GİMNASTI ALİYƏ QARAYEVA ÇEXİYADA KEÇİRİLƏN QRAN-PRİ YARIŞLARININ ÜÇQAT MÜKAFATÇISI OLMUŞDUR

17 oktyabr 2010

AZƏRBAYCAN GİMNASTI ALİYƏ QARAYEVA ÇEXİYADA KEÇİRİLƏN QRAN-PRİ YARIŞLARININ ÜÇQAT MÜKAFATÇISI OLMUŞDUR

  Çexiyanın Brno şəhərində bədii gimnastika üzrə Qran-pri mərhələsinin yarışları başa çatmışdır.

Azərbaycan Gimnastika Federasiyasının verdiyi məlumata əsasən, bu gün ayrı-ayrı növlər üzrə finallar keçirilmişdir. Həmin finallarda Azərbaycan gimnastları Aliyə Qarayeva və Anna Qurbanova da iştirak etmişdir.

Aliyə Qarayeva ip, halqa və lentlə hərəkətlərdə üç bürünc medal qazanaraq çox uğurlu çıxış nümayiş etdirmişdir. Topla isə Aliyə 4-cü yerə layiq görülmüşdür.

Anna Qurbanova ən yaxşı nəticəni halqa ilə hərəkətlərdə göstərmişdir – 5-ci yer. O, ip və lentlə 6-cı, topla isə 7-ci yerdə qərarlaşmışdır.

Dörd finalın üçündə Rusiyadan Yevgeniya Kanayeva, birində isə onun həmvətəni Darya Dmitriyeva qalib gəlmişdir.