İdman

gimnastikadan

başlayır

AZƏRBAYCAN GİMNASTI LONDONDA KEÇİRİLƏCƏK OLİMPİYAQABAĞI HƏFTƏYƏ VƏSİQƏ QAZANIB

11 oktyabr 2011

AZƏRBAYCAN GİMNASTI LONDONDA KEÇİRİLƏCƏK OLİMPİYAQABAĞI HƏFTƏYƏ VƏSİQƏ QAZANIB

Azərbaycan gimnastı Şakir Şıxəliyev gələn ilin yanvarında Londonda keçiriləcək 2012-ci il Olimpiya Oyunlarının üçün test-turnirində çıxış edəcək!
21 yaşlı gimnast bu hüququ bu günlərdə Tokioda keçirilən idman gimnastikası üzrə dünya çempionatının təsnifat mərhələsində əldə edib. Fərdi çoxnövçülükdə Şıxəliyev 82.632 bal toplayıb və ikinci mərhələdə Olimpiya Oyunlarına lisenziya əldə etmək üçün mübarizə aparacaq 24 idmançı sırasına daxil olub.
Bu nəticə onun idman karyerasında ən yüksək nəticədir. Bu il Berlində keçirilən Avropa çempionatı ilə müqayisədə o, öz nəticəsini 3.5 bal (!) yaxşılaşdırıb.
"Bu, son 20 ildə Azərbaycanda idman gimnastikasında əsl irəliləyişdir", - mütəxəssis Anatoli Yarmovski ilə birlikdə Şıxəliyevi Ştutqartda artıq 3 ildən çoxdur ki məşq elətdirən 1992-ci il Olimpiya çempionumuz Valeri Belenki bildirib. - Şakir yarışa 100 faiz hazır olub və nə öz məşqçilərini, nə də milli federasiyanı məyus etməyib. Nəticədə o, böyük xal fərqi ilə başqa ölkələrin, o cümlədən Niderland, Çexiya, Ermənistan, Argentina və Sloveniya gimnastlarını qabaqlayıb. Test-turnirə qədər 3 ay vaxtınız var və ikiqat qüvvə ilə məşq edəcəyik", - o deyib. Şakir özünün ən yaxşı nəticəsini dayaq tullanışında 15.466 bal toplamaqla göstərib. O, bütün yarış məsafəni düz keçib, alətlərində bir dəfə də yıxılmayıb, paralel qollarda sonuncu növdən sonra Şakir bunları deyib: - Hisslər fantastikdir! Bu, iştirakçısı olduğum üçüncü dünya çempionatıdır və ilk dəfədir ki, bütün alətləri təmiz keçdim və olimpiyaqabağı həftəyə vəsiqə aldım. Azərbaycan Gimnastika Federasiyasına, məşqçilərimə, mütəxəssis Aleksandr Şvarçenkoya və məni dəstəkləyənlərə minnətdarlığımı bildirirəm. Var gücümlə çalışacağam ki, test-turnirdə də maksimum bal toplayım", - Şakir deyib.