İdman

gimnastikadan

başlayır

AZƏRBAYCAN TAMBLİNQÇİSİ MİXAİL MALKİN SANKT-PETERBURQDA DÜNYA BİRİNCİLİYİNDƏ ALTINCI OLMUŞDUR

18 noyabr 2009

AZƏRBAYCAN TAMBLİNQÇİSİ MİXAİL MALKİN SANKT-PETERBURQDA DÜNYA BİRİNCİLİYİNDƏ ALTINCI OLMUŞDUR

Sankt-Peterburqda keçirilən tamblinq üzrə yeniyetmələr arasında dünya birinciliyi Azərbaycan gimnastı üçün uğurla başa çatmışdır.

Azərbaycan Gimnastika Federasiyası mətbuat xidmətinin verdiyi məlumata görə, dünya forumunda ilk dəfə çıxış edən Bakı Gimnastika Məktəbinin 13 yaşlı yetirməsi Mixail Malkin, 27 iştirakçı arasında 5-ci yer tutaraq finala yüksəlmişdir.

Təsnifat yarışlarında o, 61.5 xal yığaraq (31.1 xal salto hərəkətləri, 30.4 xal – vint hərəkətlərinə görə), yalnız üç Rusiya və bir Britaniya idmançısından geri qalmışdır.

Akrobatika cığırında final hərəkətləri Malkinə 6-cı yeri gətirmiş, və o Danimarka və Qazaxıstan idmançılarını qabaqlamışdır. Bu dəfə o, hakimlər kollegiyasından – yeri gəlmişkən, təsnifat mərhələsində, buraya ilk dəfə Azərbaycandan Adil Hüseynzadə daxil olmuşdur – 30.9 xal almış, və irəli həmin rus və britaniyalı idmançılar buraxmışdır.

“Belə ki, iştirakçı ölkələr arasında Azərbaycan faktiki olaraq 3-cü yeri tutmuşdur”. Malkinin çıxışını təcrübəli mütəxəssis, Rusiyanın əməkdar məşqçisi, tamblinq üzrə yeddi dünya çempionu hazırlamış Vasili Skakun bu cür şərh etmişdir.

- Hələ Stavropolda toplanışlarda mən Azərbaycan tamblinqçiləri arasında bu oğlanı gördüm. Bilirsiniz, inadkar oğlandır, hər hansı bi element alınmayana qədər meydançanı tərk etmir. Bu da tənbəl və əsl idmançı arasında olan fərqdir. Niyə finalda təsnifatın nəticəsini təkrar etmədi?

Ona görə ki, işləmək lazımdır, tullanmaların çətinliyini dərhal yox, aramla inkişaf etdirmək lazımdır. Onun, sadəcə 13 yaşı var? Fikirləşirəm ki, o gələn ilki Avropa və dünya çempionatlarına qədər hər mənada böyüyəcək, və inanın mənə, tamam başqa nəticələr göstərəcək, deyə V.Skakun yekunlaşdırdı.