İdman

gimnastikadan

başlayır

Ağasif-Nurcan cütlüyündən növbəti bürünc medal

21 oktyabr 2017

Ağasif-Nurcan cütlüyündən növbəti bürünc medal

Xəbər verdiyimiz kimi, bu günlərdə (19-22 oktyabr) Jeşuv şəhərində (Polşa) Akrobatika Gimnastikası üzrə 28-ci Avropa Çempionatı keçirilir.

Hesabında artıq bir bürünc medal olan yığma komandamız bu gün Ağasif Rəhimov və Nurcan Cabbarlı cütlüyünün timsalında növbəti qələbəyə imza atdı. Gimnastlarımız iki hərəkətin (balans və temp) cəminə görə çoxnövçülük yarışlarında 83.000 xal alaraq, bir çox güclü rəqiblərini geridə qoydular və Avropa Çempionatının bürünc medalını əldə etdilər. Bununla da, ən yaxşı titullar uğrunda gedən mübarizədə akrobatlarımızın sərgilədiyi yarış əzmi, onlara və bütün komanda heyətimizə ikiqat medal sevincini yaşatdı.

Xatırladaq ki, yarışların son günü (22 oktyabr) digər cütlüyümüz Abdulla Əl-Məşayxi və Ruhidil Qurbanlı temp proqramı üzrə final mərhələsində çıxış edəcəklər.