İdman

gimnastikadan

başlayır

Akrobatika gimnastikası üzrə Azərbaycanlı hakimlərin növbəti uğuru

23 mart 2017

Akrobatika gimnastikası üzrə Azərbaycanlı hakimlərin növbəti uğuru

14-19 fevral tarixlərində Ukraynanın Vinnitsa şəhərində akrobatika gimnastikası üzrə Beynəlxalq Hakimlik kursları keçirilmişdir.

Bu seminarda iştirak etmiş Azərbaycan təmsilçiləri imtahanlardan müvəffəqiyyətlə keçiblər. Aynur Hüseynova, Leyla Mehdizadə, Səbinə Məmmədova və Lalə Abdullayeva 4-cü, Dürdanə Əhmədova isə 3-cü hakimlik kateqoriyasını əldə ediblər.

Qeyd edək ki, bu kateqoriyalar hazırki Olimpiya dövrü ərzində (2017-2020) qüvvədə olacaq.