İdman

gimnastikadan

başlayır

Avropa çempionatında millimizin əzmkarlıq nümayişi

26 may 2024

Avropa çempionatında millimizin əzmkarlıq nümayişi

Macarıstanın Budapeşt şəhərində baş tutan bədii gimnastika üzrə Avropa çempionatında qrup hərəkətləri üzrə millimiz mübarizəni sona qədər davam etdirəcək! Millimizin üzvləri 5 halqa ilə çıxışlarında 37,050 xal, 3 lent və 2 top proqramında isə 33,150 xallıq nəticə göstərərək hər iki proqram üzrə 4-cü pilləyə yüksəlib. Ləman Əlimuradova, Zeynəb Hümmətova, Kamilla Əliyeva, Darya Sorokina, Güllü Ağalarzadə və Yelizaveta Luzandan ibarət  yığmamız beləliklə həlledici mərhələdə - finalda iştirak haqqı qazanıb. Həmçinin millimiz çoxnövçülük proqramında (5 halqa; 3 lent və 2 top) 70,200 xal toplayaraq siyahıda 4-cü yerdə qərarlaşıb. Bu nəticələr millimizin əzmkarlığını və yüksək səviyyəli hazırlığını bir daha sübut etdi.

Hazırda bütün gimnastika ictimaiyyətinin diqqətini özündə cəmləyən bu xüsusi əhəmiyyətli yarışda millimizin üzvlərinə uğurlar arzu edirik!