İdman

gimnastikadan

başlayır

Avropa çempionatında möhtəşəm nəticə

06 iyun 2022

Avropa çempionatında möhtəşəm nəticə

İyunun 1-dən 5-dək İtaliyanın Rimini şəhərində batut gimnastikası və tamblinq üzrə Avropa çempionatı keçirilib. Qitə çempionatında idmançılarımız uğurla çıxış edərək 2 qızıl, 1 gümüş, 1 bürünc medal qazanıblar. Fərdi növdə çıxış edən batutçumuz Maqsud Mahsudov gənclər arasında qızıl medal qazanaraq Avropa çempionu tituluna yiyələnib. İdmançımız komanda yoldaşı Hüseyn Abbasovla (48.420 xal) birgə sinxron cütlüklər yarışında da hamıdan güclü olduğunu sübuta yetirib.
Tamblinq üzrə yarışlarda fərdi növdə çıxış edən yığmamızın üzvü Mixail Malkin  böyüklər arasında gümüş medal qazanıb.
Bu növ üzrə komanda yarışlarında isə Adil Hacızadə (23.700 xal), Mixail Malkin (31.200 xal) və Tofiq Əliyev (27.500 xal) bürünc medala sahib çıxıblar.