21 aprel 2025
16-20 aprel tarixlərində Lüksemburqda “Akrobatika gimnastikası üzrə Avropa çempionatı” keçirilib. Mötəbər yarışda Azərbaycan milli komandası uğurlu çıxışı ilə yadda qalıb. Gimnastlarımız ümumilikdə 8 medal - 1 qızıl, 4 gümüş və 3 bürünc medal əldə edərək ölkəmizi layiqincə təmsil ediblər.
Qarışıq cütlük - Raziyə Seyidli və Ağasif Rəhimov temp hərəkətlərində 28.980 xalla qızıl medal;
Kişi cütlüyü - Murad Rəfiyev və Daniel Abbasov balans hərəkətlərində 28.570, temp hərəkətlərində 27.730, çoxnövçülükdə 84.600 xalla gümüş medal;
Kişi qrupu - Seymur Cəfərov, Abdulla Əl-Məşayxi, Riad Səfərov və Rəsul Seyidli temp hərəkətlərində 28,020 xalla gümüş, balans hərəkətlərində 27.830 xalla bürünc medal;
Qadın qrupu - Zəhra Rəşidova, Nəzrin Zeyniyeva və Anahita Bashiri temp hərəkətlərində 27.620 xalla bürünc medal;
Qadın qrupu - Diana Məmmədova, Safiya Babayeva və Firuzə Qasımzadə çoxnövçülükdə 83.790 xalla
bürünc medal sahibi olub.
Qeyd edək ki, akrobatika gimnastikası üzrə tarixdə ilk dəfə qadın və kişi qrupumuz Avropa çempionatında medal qazanıb.
Akrobatımız Ağasif Rəhimov isə Avropa Gimnastikası tərəfindən “Shooting star” mükafatına layiq görülüb.
Gimnastlarımızı bu əlamətdar nailiyyətlər münasibətilə təbrik edirik!