İdman

gimnastikadan

başlayır

Avropa Çempionatının komanda hesabında və qrup komandalarının çoxnövçülükdə mükafatlandırılması baş tutdu

18 may 2019

Avropa Çempionatının komanda hesabında və qrup komandalarının çoxnövçülükdə mükafatlandırılması baş tutdu

Bu gün Bakıda, Milli Gimnastika Arenasında komanda hesabında və qrup hərəkətləri komandalarının çoxnövçülükdə qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

Komanda hesabında birinci yerdə Rusiya yığması (216.225 bal), ikinci yerdə Belarus (206.000 bal), üçüncü yerdə isə Bolqarıstan yığması (202.075 bal) qərarlaşıblar.

Qaliblərə mükafatları Avropa Gimnastika İttifaqının (UEG) prezidenti Fərid Qayıbov, Avropa Gimnastika İttifaqının (UEG) bədii gimnastika üzrə Texniki Komitəsinin rəhbəri Mariya Petrova və bədii gimnastika üzrə Azərbaycan milli komandasının Baş məşqçisi Mariana Vasileva təqdim ediblər.

Gənc qrup komandaları arasında çoxnövçülükdə (5 halqa və 5 lent) Rusiya komandası (44.925 bal) qızıl, Belarus yığması gümüş (42.050 bal), İtaliya komandası isə (41.350 bal) bürünc medala sahiblənib.

Qaliblərə medalları Avropa Gimnastika İttifaqının (UEG) vitse-prezidenti Rudi Hediger, Avropa Gimnastika İttifaqının (UEG) bədii gimnastika üzrə Texniki Komitəsinin üzvü Marina Lobaç və Azərbaycan Gimnastika Federasiyasının Baş katibi Nurlana Məmmədzadə təqdim ediblər.