İdman

gimnastikadan

başlayır

Avropa kubokundan ilk medal

02 may 2025

Avropa kubokundan ilk medal

Artıq iki gündür ki, Milli Gimnastika Arenasında keçirilən bədii gimnastika üzrə Avropa kubokunda milli komandamız ilk medalını ölkəmizin hesabına yazdırdı. Böyüklərdən ibarət qrup hərəkətləri komandası - Ləman Əlimuradova, Yelizaveta Luzan, Darya Sorokina, Kamilla Əliyeva və Sofiya Məmmədova 3 top + 2 halqa ilə proqramda yüksək nəticə göstərərək 24.700 xalla qızıl medalın sahibi oldu. Qızlarımız podiumda incəlik və fiziki gücün ən yaxşı nümunəsini sərgilədilər. Onlarla eyni kürsünü Ukrayna (ikinci yer) və İtaliya (üçüncü yer) komandaları bölüşdülər.
Milli komandamız sabah isə çarpaz qarşılaşmalarda iştirak edəcək.

Qrup hərəkətləri komandamızı təbrik edir və çarpaz qarşılaşmalarda uğurlar arzulayırıq.