İdman

gimnastikadan

başlayır

Avropa yaş qrupları yarışları başa çatıb

16 oktyabr 2023

Avropa yaş qrupları yarışları başa çatıb

12-15 oktyabr tarixlərində Bolqarıstanın Varna şəhərində 31-ci Avropa yaş qrupları yarışları keçirilib. Yarışda ölkəmizi Azərbaycan yığma komandasının üzvləri Aysel Musayeva, Darya Pasmurnova, Fidan Mirzəyeva (12-18 yaş, qadın qrupu-1)  və Jasmin Əliyeva, Aylin Məmmədova, Ayan Hacılı (12-18 yaş, qadın qrupu-2) təmsil ediblər.
Yarışda balans hərəkətlərinin icrasında Jasmin Əliyeva, Aylin Məmmədova, Ayan Hacılı (12-18 yaş, qadın qrupu-2) 25.800 xalla 19-cu,  Aysel Musayeva, Darya Pasmurnova, Fidan Mirzəyeva (12-18 yaş, qadın qrupu-1) 22.500 xalla 31-ci pillədə qərarlaşıblar.
Komandamızın üzvləri temp hərəkətlərinin icrasında isə 16-cı (qadın qrupu-2) və 29-cu (qadın qrupu-1) pillələrdə yer alıblar.