13 aprel 2015
Azərbaycan gimnastı Ayşən Bayramova, İtaliyanın Pesaro şəhərində Dünya Kuboku ilə yanaşı keçən bədii gimnastika üzrə beynəlxalq turnirdə bürünc medal qazanıb.
Gürzlərlə çıxış edən Ayşən Bayramova 3-cü yerdə qərarlaşıb, 1-ci və 2-ci yerləri isə Rusiya və Belarus gimnastları bölüşüblər. Komanda yoldaşı Zeynep Çelep isə komanda hesabında 3-cü yerin bir neçə addımlığında dayanıb.
İlin əvvəlindən başlayaraq, çətin və maraqlı çıxışları ilə bədii gimnastika sevərləri təəccübləndirən yeniyetmələrdən ibarət komandamız çoxnövçülükdə çıxışlarının nəticələrinə əsasən 5-ci yerdə qərarlaşıblar.
Bunlarla yanaşı, Dünya Kubokunda Marina Durunda, Gülsüm Şəfizadə və böyüklərdən ibarət komandamız da çıxış ediblər. Hər 4 finala çıxmağa müvəffəq olan Marina Durunda fəxri kürsüyə çıxmağın bir neçə addımlığında dayanıb.