İdman

gimnastikadan

başlayır

AZƏRBAYCAN GİMNASTİKA FEDERASİYASI "2009-CU İLİN FEDERASİYASI"DIR

26 dekabr 2009

AZƏRBAYCAN GİMNASTİKA FEDERASİYASI

Azərbaycan Gimnastika Federasiyası "2009-cu ilin Federasiyası" seçilib. Bu barədə ölkənin Gənclər və İdman Nazirliyinin idman ilinin qəhrəmanlarının adlarına həsr olunmuş tədbirində elan edilib.

Xatirə plaketi Federasiyanın baş katibi Fərid Qayıbova təqdim edilib və o da öz növbəsində etdikləri seçimə görə baş idman idarəsinə minnətdarlığını bildirib və qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib.

Azərbaycan gənclər və idman naziri Azad Rəhimovun adlarını çəkdiyi ilin ən yaxşı idmançılarının onluğuna həmçinin gimnastika nümayəndəsi də yer alıb. Bu siyahıya bu il topla hərəkətlərdə bədii gimnastika üzrə dünya vitse-çempionu, komanda hesabında Avropa vitse-çempionu və komanda hesabında dünya çempionatının bürünc mükafatçısı Aliyə Qarayeva daxil olub.

İdman veteranlarına diqqət ayrırmaq unudulmayıb. Onlardan biri keçmişdə məşhur idman gimnastı Minata Əsgərovadır. 80 illik yubileyini qeyd edən veteran ölkənin bütün idman ictimaiyyəti tərəfindən səmimi təbriklər alıb.

Azərbaycan Milli Olimpiya Komitəsi (MOK) də ilin idman yekunlarını aparıb. Belə ki, Azərbaycan Prezidenti, MOK-un başçısı İlham Əliyev, bu il Avropa çempionu olan Ayla Əhmədova - Dilarə Sultanova akrobatika gimnastikası üzrə qadın cütlüyünün məşqçisi İradə Qurbanova və digər mütəxəssislərə yeni mənzilin orderi təqdim edib. MOK bu il fərqlənmiş bir qrup idmançı və məşqçiyə, o cümlədən Aliyə Qarayeva, Anna Qurbanova və yeniyetmələrdən ibarət qrup komandası, onların məşqçiləri Dinarə Gimatova, Nadejda Xolodkova və yığmanın baş məşqçisi Mariana Vasileva da daxil olmaqla pul mükafatları təqdim etmişdir.