İdman

gimnastikadan

başlayır

Azərbaycan Gimnastika Federasiyası BİRİNCİ oldu

02 fevral 2018

Azərbaycan Gimnastika Federasiyası BİRİNCİ oldu

Azərbaycan Gimnastika Federasiyası 4 il ardıcıl olaraq Beynəlxalq Gimnastika Federasiyası (FIG) tərəfindən “Mükafatlandırılan Federasiyaların" siyahısına daxil oldu.

Bu dəfə biz “BİRİNCİYİK”!

Belə ki, federasiyamızın 2017-ci il ərzində gimnastikanın 3 növü üzrə Dünya Kuboklarına, FIG-nin bədii gimnastika üzrə Qitələrarası, beynəlxalq, həmçinin kişi idman gimnastikası üzrə beynəlxalq hakimlik kurslarına və  FIG Şura iclasına yüksək səviyyədə ev sahibliyi etməsi, bunlarla yanaşı FIG-nin tanıdığı gimnastikanın 6 növü üzrə yarışlarda intizamlı şəkildə qeydiyyatdan keçərək,  aktiv iştirakı Beynəlxalq Gimnastika Federasiyası tərəfindən dəyərləndirilmiş və AGF ilk pillə ilə mükafatlandırılmışdır. 

Xatırladaq ki, özündə 148 federasiyanı birləşdirən FIG-nin reytinq siyahısında  Azərbaycan Gimnastika Federasiyası stabil olaraq 2014, 2015 və 2016 -ci illərdə 10 ən güclü federasiyaların sırasında yer almışdır.