İdman

gimnastikadan

başlayır

AGF mükafatlandırılmış federasiyaların siyahısına daxil edilmişdir

10 mart 2015

AGF mükafatlandırılmış federasiyaların siyahısına daxil edilmişdir

Azərbaycan Gimnastika Federasiyası Beynəlxalq Gimnastika Federasiyası tərəfindən (BGF) 2014-cü ildə fərqlənmiş üzv Federasiyalar arasında 3-cü yerə layiq görülmüşdür.

Bu qərar 2015-ci il fevral ayının sonunda BGF-nın Lozanna (İsveçrə) şəhərində yerləşən Baş ofisində İcraiyyə Komitəsinin növbəti iclasında qəbul edilib. İllik mükafatlandırma proqramı Federasiyaların beynəlxalq fəaliyyətlərinə (Dünya Kubokunda və ən azı 10 Dünya Kuboku mərhələlərində, BGF-nın Konqresi, BGF-nın Simpoziumu, məşqçilik Akademiyası və s.) və  yuxarıda qeyd olunan yarışlara vaxtında qeydiyyatın aparılmasına əsasən fərqlənmiş Federasiyaların mükafatlandırılması üçün təsis olunmuşdur. Mükafata layiq görülmüş ölkələr sırasına Belarusiya (1), Bolqarıstan (2), Rusiya (4) və Çin (5) də daxildir. Fərqlənmiş Federasiyalara layiq görülmüş yerlərə əsasən BGF tərəfindən pul mükafatları təqdim olunacaq (1-ci yer - 15.000, 2-ci yer– 12.500, 3 -cü yer - 10.000, 4-cü yer – 7.500 və 5-ci yer – 5.000 İsveçrə frankı).