İdman

gimnastikadan

başlayır

AZƏRBAYCAN GIMNASTIKA FEDERASIYASI IKI IL ARDICIL OLARAQ FƏRQLƏNƏN FEDERASİYALAR SİYAHISINDADIR

03 mart 2016

AZƏRBAYCAN GIMNASTIKA FEDERASIYASI IKI IL ARDICIL OLARAQ FƏRQLƏNƏN FEDERASİYALAR SİYAHISINDADIR

Azərbaycan Gimnastika Federasiyası iki il ardıcıl olaraq, fəaliyyətləri Beynəlxalq Gimnastika Federasiyası (FIG) tərəfindən mükafatlara layiq görülən, fərqlənən federasiyaların reytinq siyahısına daxil olur. 2015-ci il üzrə reytinq siyahısı FIG-nin İcraiyyə Komitəsinin 24-25 fevral tarixlərində (İsveçrə) federasiyanın Lozannadakı baş ofisində keçirilən növbəti iclasında müəyyən edilmişdir.

Mükafatlar hər il federasiyaların beynəlxalq fəaliyyəti (Dünya Kubokunda və onun 10 mərhələsində, o cümlədən FIG-nin Konqress və Simpoziumlarında,  FIG Akademiyasının məşqçilik kurslarında, Gimnastradada və s. tədbirlərdə iştirak) və yuxarıda göstərilmiş tədbirlərə son qeydiyyat tarixlərinə riayət olunması əsasında təqdim olunur.