22 sentyabr 2010
Bu gün Moskvada "Olimpiyski" idman kompleksində bədii gimnastika üzrə 30-cu dünya çempionatı yarışlarının üçüncü günü keçirilir. Azərbaycanlı gimnastlar lentlə tapşırığı yerinə yetiriblər.
Azərbaycanlı idmançılardan xalça üzərinə birinci çıxan Samirə Mustafayeva olub. O 25.1 bal toplayıb. Samirə Mustafayeva üç proqramın yekunlarına görə cəmi 76.05 bal toplayıb.
Lentlə tapşırıqlarda Anna Qurbanova hakimlərdən 26.15, üç çıxışın yekunlarına görə isə 78.8 bal toplayıb.
Üçüncü çıxış edən Aliyə Qarayeva klass və lider statusunu təsdiq edib. Onun lentlə tapşırığa görə aldığı qiymət 27.4, üç çıxışa görə ümumi nəticə isə 81.75 bal olub.
Azərbaycan komandasının üçgünlük qiymətləndirməyə görə ümumi balı 236.6 olub.
Sabah səhər qızlarımız topla oyun nümayiş etdirəcəklər, axşam isə top və lentlə hərəkətlərlə finallar olacaq.