İdman

gimnastikadan

başlayır

Azərbaycan gimnastı Dünya Çempionatının finalında çıxış edəcək

04 oktyabr 2014

Azərbaycan gimnastı Dünya Çempionatının finalında çıxış edəcək

 

Azərbaycanın yığma komandası Çində keçirilən idman gimnastikası üzrə Dünya Çempionatında çıxışlarına başlayıblar.

 

Çempionatda ölkəmizi Oleq Stepko, Ruslan Namazov, Petro Paxnyuk, Eldar Səfərov və Uğur Xəlilbəylidən ibarət kişi yığmamız, həmçinin sabah öz çıxışlarına başlayacaq Anna Pavlova, Marina Nekrasova, Mariya Smirnova və Yuliya İnşınadan ibarət qadın yığmamız təmsil edir.

Kişi yığmamız ikinci təsnifat günü çıxış etdilər, lakin təəssüf ki, Namazov öz çıxışı zamanı zədə aldığından, idmançılarımız komanda hesabında yarışa bilmədilər.

 

Digər idmançımız Petro Paxnyukun müstəqil Azərbaycan tarixində ilk dəfə olaraq düyanın 24 ən güclü idmançıların mübarizə aparcağı çoxnövçülük üzrə finala çıxması, bizim üçün çempionatın əlamətdar və xoş hadisəsi kimi yadda qaldı.


İdman gimnastikası üzrə Dünya Çempionatı 3-12 oktyabr tarixlərində Çinin Nanninq şəhərində keçirilir. Gimnastlar mütləq birincilik və ayrı-ayrı finallar üzrə ən yaxşı titul üçün yarışacaqlar. Həmçinin, komandalar arasında da ən yaxşılar seçiləcək.