20 sentyabr 2014
Artıq sabah Türkiyənin İzmir şəhərində bədii gimnastika üzrə əsas yarışlardan biri – 60 ölkənin iştirakı ilə 33-cü Dünya Çempionatı start götürəcək.
Yarışda Azərbaycanı fərdi birincilikdə çoxsaylı Dünya Kuboklarının mükafatçısı Marina Durunda, həmçinin Avropa Çempionatının yeniyetmələr arasında gümüş və bürünc mükafatçıları Gülsüm Şəfizadə və Nilufər Niftalıyeva təmsil edəcək.
Onlar çempionatın təsnifat mərhələsi günü – 22 sentyabr tarixində halqa ilə, 23 sentyabr tarixində isə topla çıxış edəcəklər. Elə həmin gün bu iki alətlə final mərhələsi və mükafatlandırma mərasimi baş tutacaq. 24 sentyabr tarixində Durunda və Şəfizadə gürzlərlə, 25 sentyabr tarixində isə lent ilə çıxış edəcəklər. Həmin gün bu iki alətlə də final mərhələsi və komanda hesabında çıxışlar üzrə mükafatlandırma mərasimi olacaq.
26 sentyabr tarixində isə çoxnövçülükdə 2 güclü qrup arasında final mərhələsi olacaq. Yarışın son günündən öncəki gün – 27 sentyabr tarixində isə Azərbaycanı Səbinə Abbasova, Siyana Vasileva, Aynur Mustafayeva, Aliyə Paşayeva, Diana Doman və Aleksandra Platonovadan ibarət qrup hərəkətləri komandası təmsil edəcək. Yarışın son günü qrup komandamız 10 gürz və ikinci kompozisiya olaraq 3 top və 2 lentlə çıxış edəcəklər.
Yarışları İdman-Azərbaycan telekanalı canlı yayımlayacaq, bundan əlavə isə yarışlara aşağıdakı linklərdən baxmaq olar:
https://www.youtube.com/user/figchannel
http://www.sportstv.com.tr/canli-yayin/
http://www.raisport.rai.it/
Yarışların nəticələrinə buradan baxmaq olar: http://www.fig-docs.com/live_results/5727/5727.php
Aşağıda final yarışlarının cədvəli ilə (Bakı vaxtı ilə) tanış olmaq olar: