23 may 2011
Azərbaycan akrobatları Rusiyada keçirilən beynəlxalq turnirin bürünc mükafatçısı olublar.
Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti xəbər verir ki, qadın cütlüyü Aynur Hüseynova - Nərmin Ramazanova Krasnodarda akrobatika gimnastikası üzrə keçirilən beynəlxalq turnirin bürünc mükafatçısı olublar.
İlk iki - balans və templi hərəkətlərdən sonra bizim duet təsnifatda dördüncü yerdə idi. Lakin finalda Aynur və Nərmin qarışıq kombinasiyada nəzərəçarpacaq səhvə yol vermədən çıxış edərək bürünc medallar qazanıblar.
Tamblinq üzrə yarışlarda çıxış edən 14 yaşlı Mixail Malkin Rusiya idmançısına cəmi 0.2 bal məğlub olaraq dördüncü yeri tutub.
Daha bir dördüncü nəticəni beynəlxalq arenada debüt edən Aytən Şükürova (1997-ci il təvəllüdlü) göstərib.