15 aprel 2019
Dünən, Belçikanın Purs şəhərində akrobatika gimnastikası üzrə Dünya Kuboku yekunlaşıb. 18 ölkənin iştirak etdiyi yarışda, Azərbaycan gimnastları qarışıq və kişi cütlüyü proqramında təmsil olunublar.
Abdulla Əl-Məşayxi və Ruhidil Qurbanlı cütlüyümüz ötən gün çıxış etdikləri final mərhələsində 21.320 xalla 8-ci yerdə qərarlaşıblar. Seymur Cəfərov və Murad Əkpərov cütlüyü isə yarışları 13-cü yerdə bitiriblər.
Dünya Kuboku ilə paralel gedən beynəlxalq yarışda isə qadın üçlüyümüz çıxış edib. Leyla Bəşirova, Nəzrin Fərmanova və Mənsumə Məmmədzadə turnirdə 28-ci yerdə qərarlaşıblar.