16 mart 2017
Azərbaycan gimnastı Dünya Kubokunun finalına yüksəlib.
Trend-in məlumatına Azərbaycan gimnastı Mariya Nekrasova Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kuboku yarışında dayaqla tullanma hərəkətlərinin nəticəsinə görə final mərhələsinə yüksəlib.
Qeyd edək ki, Bakıda Milli Gimnastika Arenasında kişi və qadın idman gimnastikası üzrə FIG Dünya Kuboku mərhələsi martın 19-dək davam edəcək. Artıq ikinci ildir ki, paytaxtımızın ev sahibliyi etdiyi bu turnirdə 23 ölkədən idmançılar çıxış edəcək.
Turnirin ilk 2 günü təsnifat mərhələləri, son 2 günü isə ayrı-ayrı alətlər üzrə finallar baş tutacaq. Yeni Olimpiya dövrünün 2017-ci ildən qüvvəyə minən yeni qaydaları əsasında kişi gimnastlar 6, qadın gimnastlar isə 4 dəst medal uğrunda mübarizə aparacaqlar.
“Trend” İnformasiya Agentliyi, 16 mart 2017-ci il