İdman

gimnastikadan

başlayır

Azərbaycan gimnastı Dünya Kubokunda finala yüksəlib

17 mart 2017

Azərbaycan gimnastı Dünya Kubokunda finala yüksəlib

Azərbaycan gimnastı Dünya Kubokunda finala yüksəlib.

Trend-in məlumatına görə, Azərbaycan gimnastı Marina Nekrasova idman gimnastikası üzrə Dünya Kubokunda gimnastika tirində hərəkətlərin yekunu üzrə finala yüksəlib.

Təsnifatın nəticələri üzrə M.Nekrasova 13,000 bal toplayaraq 5-ci yeri tutub.

Digər gimnastımız Yuliya İnşina isə 12,200 bal yığaraq finalın ilk ehtiyatda olan idmançısı olub.

Həmçinin finala Avstraliya təmsilçiləri Emma Nedov və Emili Littl, rumın gimnast Katalina Ponor, çinli Sen-yu Vanq, Yunanıstan idmançısı Vasilika Millusi, türkiyəli Göksu Uctaş Şanlı və İsrail təmsilçisi Ofir Kremer yüksəliblər.

“Trend” İnformasiya Agentliyi, 17 mart 2017-ci il