İdman

gimnastikadan

başlayır

Azərbaycan gimnastı Dünya Kubokunda 2-ci oldu

19 fevral 2017

Azərbaycan gimnastı Dünya Kubokunda 2-ci oldu

Azərbaycan gimnastı Mixail Malkin Bakıda keçirilən batut gimnastikası və tamblinq üzrə FIG Dünya Kubokunda gümüş medala yiyələnib.

Trend-in məlumatına görə, M.Malkin tamblinq cığırında final yarışlarında 72.100 balla ikinci olub.

74.600 bal toplayan rusiyalı gimnast Qriqori Noskov fəxri kürsünün ən yüksək pilləsində, Britaniya təmsilçisi Elliot Braun isə üçüncü pillədə (71.900) qərarlaşıb.

“Trend” İnformasiya Agentliyi, 19 fevral 2017-ci il