İdman

gimnastikadan

başlayır

Tamblinqçimiz Fərid Mustafayev Dünya Kubokunda finala vəsiqə qazandı

15 fevral 2020

Tamblinqçimiz Fərid Mustafayev Dünya Kubokunda finala vəsiqə qazandı

Azərbaycanlı gimnast Fərid Mustafayev (tamblinq) batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunun finalına çıxıb.

F.Mustafayev tamblinq yarışlarında iki cəhdin nəticələrinə əsasən finala 60,9 xalla vəsiqə qazanıb.

Tamblinq üzrə finala, həmçinin Avstraliya, ABŞ, Rusiya və Qazaxıstan idmançıları da çıxıblər.

Qeyd edək ki, bu gün Bakıda Milli Gimnastika Arenasında batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku start götürüb.

15-16 fevral tarixlərində baş tutacaq və 30 ölkənin 150-dək gimnastının mübarizə apacağı builki kubok Tokio Olimpiya Oyunlarına lisenziya xarakterli yarış olacaq.

Azərbaycanı Dünya Kubokunda iki gimnast – Selcan Mahsudova (batut gimnastikasında fərdi hərəkətlər) və Fərid Mustafayev (tamblinq) təmsil edir.

İki gün davam edəcək yarışların ilk günü təsnifat mərhələləri, ikinci günü isə final mərhələləri keçiriləcək. Turnirdə ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” Kuboku da təqdim olunacaq.