12 may 2008
Azərbaycan Gimnastika Federasiyası mətbuat xidmətinin verdiyi məlumata görə, yunior gimnastımız Samirə Mustafayeva İtaliyanın Çieti şəhərində təşkil olunmuş yarışda iştirak etmiş və proqramın ayrı-ayrı növlərində iki gümüş medal qazanmışdır.
Arbitrlar S.Mustafayevanın halqa ilə çıxışını 23,8, topla çıxışını isə 23,850 xalla qiymətləndirmişlər.
Hər iki finalda Azərbaycan idmançılarını yalnız İtaliya gimnastı Federika Febo qabaqlaya bilmişdir. 3-cü yerə isə Bolqarıstandan olan gimnast Romina Bajinova layiq görülmüşdür. Yuniorlar arasında keçirilən turnirdə ümumilikdə 13 ölkədən 30 gimnast iştirak etmişdir.