İdman

gimnastikadan

başlayır

Gimnastımız Qran Pri yarışlarında çıxış edib

10 iyun 2019

Gimnastımız Qran Pri yarışlarında çıxış edib

Dünən, Çexiyanın Brno şəhərində bədii gimnastika üzrə Qran Pri yarışları yekunlaşıb.

Təmsilçimiz Zöhrə Ağamirova yarışların final mərhələsində çıxış edib. Belə ki, top ilə kompozisiyasına görə gimnastımız 19.650 xal toplayaraq, yarışı 7-ci yerdə başa vurub.

Çoxnövçülükdə isə Zöhrə 72.050 xalla 29 iştirakçı arasında  12-ci yerdə qərarlaşıb.