15 may 2014
Azərbaycan gimnastı Anna Pavlova Sofiyada keçirilən idman gimnastikası üzrə Avropa çempionatının finala vəsiqə qazanıb!
Bugünkü seçmə mərhəlsində dayaqla tullanmada o 4-cü nəticə göstərib, və bazar günü medal uğrunda mübarizə aparacaq finalçılar sırasına düşüb. Onun rəqibi İsveçrə, Böyük Britaniya, Almaniya, Rusiya, Rumıniya və Macarıstandandan gələn gimnastlar olacaq.
Anna Pavlova, Marina Nekrasova, Yulia İnşina və Mariya Smirnovadan ibarət Azərbaycan milli yığma komandası 16-cı yeri tutaraq, Belarus və Ukraynadan olan ənənəvi güclü rəqibləri arxada qoyub.