İdman

gimnastikadan

başlayır

Azərbaycan gimnastı Dünya Kubokuna sahibləndi

01 oktyabr 2017

Azərbaycan gimnastı Dünya Kubokuna sahibləndi

29-30 sentyabr tarixlərində Portuqaliyada (Lole) baş tutan Dünya Kubokunda batut gimnastikası üzrə  yığma komandamızın üzvü Mixail Malkin tamblinq cığırında  qələbəyə imza atıb.

20-dən çox ölkənin iştirak etdiyi turnirin təsnifat mərhələsində özünə əmin çıxışları ilə diqqətləri cəlb edən gimnastımız hakimlərdən ən yüksək xal alaraq, final mərhələsinə vəsiqə qazanıb. Həlledici mərhələdə də  öz proqramını qüsursuz  icra edən Mixail bütün rəqiblərini geridə qoyaraq, Dünya Kubokunun qızıl medalını əldə edib.

Xatırladaq ki, tamblinqçimiz bu ilin fevral ayında Bakıda təşkil olunmuş Dünya Kuboku mərhələsində gümüş medal qazanmışdı. Qarşıda isə gimnastımızı  oktyabrın ilk həftəsində İspaniyada (Valladolid) keçiriləcək beynəlxalq turnir və Sofiyada baş tutacaq Dünya Yaş Qrupu Yarışları (9-11 noyabr) gözləyir.