İdman

gimnastikadan

başlayır

Gimnastımız Zöhrə Ağamirova çoxnövçülük finalına vəsiqə qazandı

19 sentyabr 2019

Gimnastımız Zöhrə Ağamirova çoxnövçülük finalına vəsiqə qazandı

Azərbaycan gimnastı Zöhrə Ağamirova bədii ginastika üzrə 37-ci Dünya Çempionatının çoxnövçülük üzrə final mərhəlsinə çıxış etmək üçün vəsiqə qazanıb.

Zöhrə 4 alətlə (halqa, top, lent və gürzlər) icra edilmiş çıxışlarına görə 60.050 xal toplayıb və 21-ci yerdə qərarlaşıb.
 
Xatırladaq ki, o, halqa ilə 19.000, topla 19.950, gürzlərlə 21.100 və lentlə çıxışına görə 18.700 xal toplayıb.
 
Digər Azərbaycan təmsilçisi Veronika Qudis isə final mərhələsinə adlaya bilməyib. O, 51.800 balla 53-cü yerdə qərarlaşıb.
 
Çox növçülük finalı isə 24 gimnastın iştirakı ilə sabah baş tutacaq.