İdman

gimnastikadan

başlayır

AZƏRBAYCAN GİMNASTLARI İTALİYADA BİRİNCİ YERİ TUTUBLAR!

08 oktyabr 2012

AZƏRBAYCAN GİMNASTLARI İTALİYADA BİRİNCİ YERİ TUTUBLAR!

İtaliyanın Prato şəhərində keçirilən beynəlxalq Trophy Banca Popolare di Vicenza 2012 turniri iki azərbaycanlı gimnastın uğurları ilə əlamətdar olub!

Buna səbəb ölkələrin mükafatlandırılması zamanı gimnastlarımız senior Lalə Yusifova və yunior Marina Durundanın fəxri kürsünün ən yüksək pilləsinə qalxmalarıdır. Onlar ev sahibləri və həmişə güclü rəqib olan Belarus komandasını (London Olimpiadasının iştirakçısı və dünya çempionatının bürünc mükafatçısı Melitina Stanyuta) geridə qoyaraq birinci yeri tutublar.

15 yaşlı bakılı gimnast Marina Durunda böyük üstünlüklə fərdi yarışlarda qələbə qazanıb.

Bürünc medal qazanan Lalə Yusifova növbəti medalı kollektivimizin hesabına yazdırıb.

Milli komandanın baş məşqçisi Mariana Vasileva yetirmələrinin çıxışından çox razı qalıb. "Lalə və Marina əla çıxış ediblər! Gimnastlarımız kompozisiyaları ilə turnir boyunca onları dəstəkləyən azarkeşlərə müsbət enerji veriblər", o qeyd edib.

Əsas odur ki, gimnastlar düz 10 il əvvəl Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilən Mehriban xanım Əliyevaya hədiyyə ediblər. Biz ölkənin bütün gimnastika ictimaiyyəti kimi, onun ünvanına gələn bütün təbriklərə qoşuluruq və idman fəaliyyətində uğurlar arzulayırıq.