İdman

gimnastikadan

başlayır

Azərbaycan gimnastları Avropa Gənclər Olimpiya Festivalında

30 iyul 2017

Azərbaycan gimnastları Avropa Gənclər Olimpiya Festivalında

Bu həftəsonu, Avropa Gimnastika İttifaqının dəstəyi ilə Gyor şəhərində baş tutmuş 14-18 yaşlı idmançılar arasında gimnastika yarışlarının da keçirildiyi  Avropa multi-idman tədbiri artıq öz işini yekunlaşdırdı.

Kişi və qadın idman gimnastikası üzrə Azərbaycanın gənc gimnastları da öz güclərini sınamaq üçün bu festivalda yer alıblar. Belə iri miqyaslı yarışda ilk təcrübələri olan gənc idmançılarımız Cavidan Babayev, Ağamurad Qəhramanov, Sergey Onbış və yeganə xanım təmsilçimiz Samirə Qəhramanova öz çıxışlarını böyük həyacanla icra ediblər. Təmsilçilərimizdən yalnız Sergey Onbış final mərhələsinə adlaya bilib. O, dayaqlı tullanmada hərəkətlərinə görə həlledici mərhələdə 6-cı pillədə qərar tutub.