20 avqust 2019
Bu həftəsonu bədii gimnastika üzrə yığma komandamızın üzvləri Minskdə (Belarus) təşkil olunan “Challenge” seriyasına aid Dünya Kubokunda çıxış ediblər.
Bir müddət yarışlara fasilə verdikdən sonra gimnastlarımız üçün ilk start olan bu turnirdə Aliyə Paşayeva, Ayşən Bayramova, Diana Əhmədbəyli, Zeynəb Hümmətova və Darya Sorokinadan ibarət qrup hərəkətləri komandası çoxnövçülükdə 51.150 xalla 9-cu yerdə qərarlaşıblar. Qızlarımız həmçinin ayrı-ayrı kompozisiyalar üzrə çıxışlara görə də sıralamada 9-cu olublar.
Yarışlarda fərdi proqramda ölkəmizi Zöhrə Ağamirova və Veronika Qudis təmsil ediblər. Gimnastlarımız çoxnövçülükdə müvafiq olaraq 18 və 23-cü yerdə qərarlaşıblar.