İdman

gimnastikadan

başlayır

Azərbaycan gimnastları Gənclər arasında ilk Dünya Çempionatında çıxış ediblər

30 iyun 2019

Azərbaycan gimnastları Gənclər arasında ilk Dünya Çempionatında çıxış ediblər

Bu gün, Macarıstanın Gyor şəhərində idman gimnastikası üzrə Gənclər arasında keçirilən ilk Dünya Çempionatına yekun vurulub.

57 ölkənin kişi idman gimnastları arasında Azərbaycan təmsilçiləri də iştirak ediblər. Səməd Məmmədli və Mənsum Səfərov bütün alətlərdə çıxış edərək, çoxnövçülük proqramında müvafiq olaraq 26 və 73-cü yerlərdə qərarlaşıblar. Səməd həmçinin ilk Dünya Çempionatında dəstəli at üzərində çıxışına görə finala vəsiqə qazanıb və final çıxışında o, 11 xalla yarışları 7-ci yerdə bitirib.

Qadın idman gimmnastlarının yarışında isə ölkəmizi Milana Minakovskaya təmsil edib. Milana çoxnövçülükdə 79 iştirakçı arasında 60-cı olub.